Qar voleybolu üzrə Azərbaycan kuboku keçiriləcək

Qar voleybolu üzrə qadınlar və kişilər arasında Azərbaycan kuboku keçiriləcək.

Bu barədə Komanda.az-a Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.

Yarış yanvarın 24–25-də Şahdağ Turizm Mərkəzində təşkil olunacaq.

Turnirdə qadınlar arasında 5 (“Gəncə”, “Azərreyl”, “Milli”, “Milli-2”, “Qaraqaya”), kişilərdə isə 4 komanda (“Gənclər”, “Qaraqaya”, “Baku Fires”, “Azərreyl”) iştirak edəcək. Oyunlar dairəvi sistem üzrə keçiriləcək.

Turnirin yekununda mükafatçılar turnir cədvəlində komandaların tutduqları yerlərə əsasən müəyyənləşdiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button