“Qalatasaray”dan ayrılan futbolçu Super Liqada qaldı

Türkiyənin “Fatih Karagümrük” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Əlcəzair millisinin sabiq yarımmüdafiəçisi Sofian Fequlini heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Azad agent statusuna malik 32 yaşlı vingerlə 1.5 illik müqavilə imzalanıb. Müqavilə 2023-cü ilin yanvar ayından etibarən qüvvəyə minəcək.

Fequli son olaraq “Qalatasaray”da çıxış edib. O, İstanbul klubundan bu ilin iyul ayında azad agent kimi ayrılmışdı. Təcrübəli vinger “Valensiya”, “Qrenobl”, “Vest Hem” və “Almeriya”nın da formasını geyinib. O, Əlcəzair yığmasında 76 oyuna 20 qol vurub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button