“Qalatasaray” “Qarabağ”ın futbolçusunu istəyir? – AÇIQLAMA

Türkiyə mətbuatı “Qalatasaray”ın “Qarabağ”ın müdafiəçisi Toral Bayramovla maraqlandığını yazıb.

21 yaşlı futbolçunun Çempionlar Liqasındakı çıxışı ilə “Qalatasaray”ın transfer hədəfinə çevrildiyi qeyd olunub. Hətta İstanbul klubunun Bayramovun meneceri ilə danışıq apardığı bildirilib.

Toralı Super Liqadan “Kayserispor” və 1-ci liqadan “Eyüpspor”un da istədiyi deyilir.

Komanda.az məsələ ilə bağlı “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə ilə əlaqə saxlayıb. O, kluba hansısa futbolçuları ilə bağlı rəsmi təklif gəlmədiyini deyib:

“Rəsmi təklif olmadığı halda nəsə danışmaq yersizdir. Hazırda yalnız “Viktoriya” ilə cavab oyununu düşünürük”.

Mehri Qurban

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button