Qətərdə keçirilən mundialda daha bir jurnalist ölüb

Qətərdə keçirilən dünya çempionatını işıqlandıran daha bir jurnalist vəfat edib.

Komanda.az xəbər verir ki, bu dəfə “Al Kass” telekanalının fotomüxbiri Xalid əl-Mislam vəfat edib.

Onun ölümün səbəbi açıqlanmayıb.

Bu, Qətərdə keçirilən dünya çempionatında media əməkdaşları arasında ilk ölüm faktı deyil. Bundan əvvəl daha bir jurnalist – CBS telekanalının amerikalı əməkdaşı Qrant Vahl dekabrın 10-da Niderland və Argentina komandaları arasında keçirilən 1/4 final mərhələsinin oyunu zamanı vəfat edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button