“Qəbələ”da daha bir şok: Bezotosnı sıradan çıxdı

“Qəbələ” bu gün “Sumqayıt”a qarşı keçirəcəyi Azərbaycan kubokunun final matçı öncəsi daha bir itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, əyalət təmsilçisinin Naxçıvanda baş tutan həlledici matç üçün açıqlanan start heyətində qapıçı Dmitri Bezotosnı göstərilsə də, o, bu görüşdə forma geyinə bilməyəcək. Buna ukraynalı qolkiperin matçdan öncəki isinmə hərəkətləri zamanı zədələnməsi səbəb olub. Bu üzdən də Bezotosnının əvəzində ilk dəqiqələrdən “Qəbələ”nin qapısını Anar Nəzirov qoruyacaq.

Bezotosnıdan öncə komandanın hücumçusu Ceyms Adeniyinin də final matçını buraxacağı açıqlanmışdı.

Qeyd edək ki, “Qəbələ” – “Sumqayıt” matçı bir neçə dəqiqədən sonra – saat 17:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button