“Qəbələ” “Tvente”ni məğlub etdi

“Qəbələ”nin 12 yaşadək futbolçulardan ibarət komandası Türkiyədə təşkil olunan beynəlxalq turnirdə növbəti oyunlarını keçirib.

Komanda.az xəbər verir ki, “qırmızı-qaralar” “U12 Izmir Cup”ın ikinci günündə 4 matçda qüvvəsini sınayıb. “Kardiff”ə (Uels) 0:1 hesabı ilə uduzan Elnur İmanquliyevin baş məşqçisi olduğu komanda ardınca “Ankaragücü”nü (Türkiyə) eyni hesabla məğlub edib. “Qəbələ”nin qoluna Ömər Kərimov imza atıb. “Tvente” (Hollandiya) ilə matçda isə Bəxtiyar Piriyevin qolu qələbə üçün yetərli olub – 1:0. Türkiyə təmsilçisi “Göztəpə”yə də 0:1 hesabı ilə uduzan “qırmızı-qaralar” günü 6, qrup mərhələsini isə 10 xalla başa vurub.

G qrupunda çıxış edən “Qəbələ”lilər son turun görüşünədək final mərhələsinə vəsiqə verən “dördlük”də yer almaq şansını qorusalar da, meydan sahiblərinə uduzduqdan sonra mükafatlar uğrunda mübarizəni dayandırıblar.Xatırladaq ki, “Qəbələ” ilk oyun günündə Belçika “Brügge”si (0:0), Portuqaliya “Benfika”sı (0:2), İspaniya “Valensiya”sı (0:2) və İsveçrə  təmsilçisi “Qrashoppers”lə (2:1) görüşüb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button