“Putini dayandırın! Ukraynalı uşaqları xilas edin!”

“Mançester Siti” klubunun ukraynalı futbolçusu Oleksandr Zinçenko Rusiya-Ukrayna müharibəsi ilə bağlı paylaşım edib.

Komanda.az xəbər verir ki, ukraynalı futbolçu sosial media hesabında “Putini dayandırın! Ukraynalı uşaqları xilas edin!” yazıb:

“Mən yalnız ukraynalı futbolçu deyil, həm də Ukrayna vətəndaşıyam. Mənim ölkəm hazırda Rusiyanın işğalına müqavimət göstərir və onlar bunun qarşısını almaq üçün hər şeyi edirlər. Rusiya bombalarla çoxlu evi dağıdıb və ölkəmizə zərər verməkdə davam edir. İnsanları öldürürlər və təbii ki, onların arasında uşaqlar da var. Uşaqlar müharibədə valideynlərini itirdi, yetim qaldı. Müharibə başa çatmalıdır. Uşaqların həyatını itirməsinə imkan verməyin”.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button