Püşk “Bayern”i “Liverpul”la qarşılaşdırsa…

“Bayern”in hücumçusu Sadio Mane UEFA Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunun “İnter”lə oyunundan (2:0) sonra turnirin 1/8 finalında “Liverpul”la mümkün görüş haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, seneqallı futbolçu, “Liverpul”la qarşılaşmanın onun üçün xüsusi olacağını deyib:

“Bazar ertəsi işlərin necə getdiyini görəcəyik. Təbii ki, püşk bizi “Liverpul”la qarşılaşdırsa, mənim üçün xüsusi görüş olacaq”.

Mane 2022-ci ilin yayında “Liverpul”dan “Bayern”ə keçib.

Noyabrın 7-də Nyonda (İsveçrə) Çempionlar Liqasının 2022/2023-cü il mövsümünün 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button