PSJ-nin hədəfindəki 37 yaşlı futbolçu

İcarə əsasında “Aston Villa”nın formasını geyinən Pepe Reyna karyerasını Fransada davam etdirə bilər.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 37 yaşlı qapıçı PSJ-nin hədəfindədir. Paris klubu Reynanı Keylor Navasın əvəzləyicisi olaraq görür.

Klubun qolkiperin müqavilə ilə məxsus olduğu “Milan”la danışıqlara başladığı bildirilir.

Reynanın “Aston Villa” ilə icarə müqaviləsi iyunda başa çatır.