Premyer Liqa klubundan yeni transfer

İngiltərənin “Şeffild Yunayted” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Bornmut”un qapıçısı Aron Remsdeyli transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı qolkiperlə 4 illik müqavilə imzalanıb.

Remsdeyl “Şeffild Yunayted”in öz yetirməsidi. O, bu klubun əsas komandasında debüt etmədən 2017-ci ildə “Bornmut”a satılmışdı. İngilis futbolçu 2018-ci ildə “Çesterfild”də, ötən il isə “Uimbldon”da icarədə də olub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button