Premyer Liqa klubundan 17 milyonluq transfer

İngiltərənin “Nottingem Forest” klubu bu ilin əvvəlində “Nyukasl”dan icarəyə götürdüyü Kris Vudun transfer hüquqlarını da alıb.

Komanda.az xəbər verir ki, 31 yaşlı forvardın transferi üçün “Nyukasl”a 17 milyon avro ödənilib.

Təcrübəli hücumçu yanvarda bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülmüşdü. “Nottingem Forest” yarım mövsümlük icarə üçün də “Nyukasl”a 4.5 milyon avro ödəmişdi.

Kris Vud bu müddət ərzində “Nottingem Forest”də cəmi 7 oyuna çıxıb və 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button