Premyer Liqa klubunda yeni müqavilə

İngiltərənin “Sauthempton” klubu irlandiyalı hücumçusu Şeyn Lonqla müqavilə yeniləyib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 33 yaşlı futbolçu ilə anlaşmanın müddətini daha 2 il uzadıb.

Yeni müqaviləyə əsasən Şeyn 2021/22 mövsümünün sonuna qədər “Sauthempton”da oynamağa davam edəcək. Onun əvvəlki müqaviləsinin müddəti bu mövsümün sonuna qədər idi.

İrlandiya yığmasının sabiq forvardı İngiltərə klubuna 2014-cü ildə transfer olunub. O, bu komandada meydana çıxdığı 205 oyunda 35 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button