Premyer Liqa klubunda yeni baş məşqçi

İngiltərənin “Lester” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi şimali irlandiyalı Brendan Rocerslə anlaşıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

46 yaşlı mütəxəssis yeni klubu ilə 2022-ci ilə qədər müqavilə imzalayıb. Bir neçə gün öncə istefaya göndərilən Klod Pyueli əvəz edən Rocers, bazar günü “Uotford”a qarşı keçiriləcək Premyer Liqa matçında debüt edəcək.

Brendan 2019-cu ildən Şotlandiyanın “Seltik” klubunu çalışdırırdı. Ondan öncə isə bu mütəxəssis İngiltərənin “Uotford”, “Ridinq”, “Suonsi Siti” və “Liverpul” komandalarının baş məşqçisi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button