Premyer Liqa klubu Vernerlə müqaviləni yenilədi

“Tottenhem” qış transfer pəncərəsində “Leyptsiq”dən icarəyə götürdüyü Timo Vernerlə müqaviləsinin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

28 yaşlı hücumçu ilə 2024/25 mövsümünün sonunadək sözləşmə imzalanıb. Onun əvvəlki icarə müqaviləsi bu ilin yayına qədər idi.

Verner “Tottenhem”in heyətində 14 matça çıxıb, 2 qol vurub və 3 qolun ötürməsini verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button