Depay bu klubun planlarına daxil deyil

“Nyukasl” klubu yazılanların əksinə olaraq, “Barselona”nın hücumçusu Memfis Depayı transfer etməyi düşünmür.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi hazırda 28 yaşlı futbolçu üçün kataloniyalılarla danışıqlar aparmır. Niderlandlı futbolçunun taleyinə qış transfer pəncərəsində aydınlıq gələcək.

Depay 2021-ci ilin iyulunda “Barselona”ya keçib. O, Kataloniya təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 41 matçda 14 qol vurub.

O, Niderland millisinin heyətində DÇ-2022-də çıxış edib. Depay mundialda 5 matçda iştirak edib və 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button