Premyer Liqa klubu baş məşqçini istefaya göndərdi

“Vulverhempton” klubu baş məşqçi Bruno Lageni istefaya göndərib.

Komanda.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

“Bruno və onun heyətinə klubda işləyərkən göstərdikləri bütün səylərə görə təşəkkür etmək istəyirik və onlara ən yaxşısını arzulayırıq”, – klubun məlumatında deyilir.

Mövsümün əvvəlində “canavarlar” 8 matçda cəmi 1 qələbə qazanıb.

“Vulverhempton” bu yay heyətini gücləndirmək üçün 100 milyon funt-sterlinq xərcləyib.

Komanda Premyer Liqada növbəti matçını oktyabrın 8-də səfərdə “Çelsi”yə qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button