Premyer Liqa klubu “Real”ın hücumçusunu icarəyə götürmək istəyir

“Real”ın hücumçusu Qonsalo Qarsiya qış transfer pəncərəsində komandadan ayrıla bilər.

Komanda.az “Daily Mail Sport”-a istinadən xəbər verir ki, “Brayton” 21 yaşlı futbolçunu icarəyə götürmək istəyir.

Həmçinin, ispaniyalı hücumçuya “Lids” və “Sanderlend” də maraq göstərir.

Qarsiya 2025-ci il Klublararası dünya çempionatında 6 oyunda 4 qol vuraraq, turnirin ən məhsuldar futbolçusu olub. Bunun fonunda “Real” yetirməsi ilə müqavilənin müddətini 2030-cu ilə qədər uzadıb. O, cari mövsümdə bütün turnirlərdə 9 matçda iştirak edib və 1 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button