
Pornoaktrisa Fodenin sevgilisi ilə yaşadığı insident haqda: “Məni alçaltdılar”
Pornoaktrisa Lili Fillips “Mançester Siti”nin yarımmüdafiəçisi Fil Fodenin sevgilisi ilə yaşadığı insidentə münasibət bildirib.
Hadisə Tommi Fyuri ilə Eddi Hollun iştirak etdiyi boks gecəsində baş verib. Fillips ingiltərəli futbolçu ilə xatirə şəkli çəkdirmək üçün ona yaxınlaşsa da, Fodenin sevgilisi Rebekka Kuk onun sözünü bitirməsinə imkan verməyərək, getməsinə işarə edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Fillips, Fodenə adi azarkeş kimi yaxınlaşdığını və sadəcə birgə şəkil çəkdirmək istədiyini söyləyib:
“Düzünü desəm, onun yanında sevgilisinin olduğunu bilmirdim. Belə tədbirlərdə insanlar çox vaxt təsadüfi şəxslərlə yanaşı otururlar. Ulduzla şəkil çəkdirmək istəyəndə də birbaşa ona müraciət edirsən.
Mən heç sözümü bitirə bilmədən məni qovdular. Kimsə mənimlə şəkil çəkdirmək istəmirsə, bu, onun tam hüququdur və buna normal yanaşıram. Amma düşünürəm ki, bunu başqa cür də demək olardı. Mənə peşəmə görə ayaq altındakı çirk kimi davranmaları alçaldıcı idi. Sadəcə, “yox, təşəkkür edirəm, bu gün yox” demələri kifayət edərdi. Bu isə sadəcə mənim fikrimdir”.
Bizi Facebook-da izləyin



