Polşa yığmasının hücumçusu Türkiyə klubunda

“Başakşəhər” növbəti transferini rəsmiləşdirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Polşa yığmasının və Almaniyanın “Herta” klubunun hücumçusu Kşiştof Pyonteki heyətinə qatıb.

28 yaşlı forvardla 3 illik müqavilə imzalanıb. O, “Başakşəhər”də 9 nömrəli formanı geyinəcək.

Pyontek 2020-ci ildən oynadığı “Herta”da 58 oyunda 13 qol vurub. O, son iki mövsümü icarə əsasında İtaliyada – “Fiorentina” və “Salernitana” komandalarında keçirib. Daha öncə bu ölkədə “Milan” və “Cenoa”nın da uğurları üçün çalışmış forvard Polşa yığmasında 27 oyunda 11 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button