Polisdən azarkeşlərə: “AFFA rəhbərliyinin yox, baş məşqçinin istefasını tələb etdiyinizi yazın”

Dünən futbol üzrə Azərbaycan milli komandası AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Bakıda Slovakiya yığması ilə qarşılaşıb və 1:5 hesabı ilə məğlub olub.

Hələ oyunun gedişində stadionda olan yerli azarkeşlərin “İstefa” şüarları səsləndirdiyini və matçın fasiləsində polislərin 20-dən çox fanatı saxlayaraq, Nizami Rayon Polis İdarəsinin 24-cü bölməsinə apardığını xəbər vermişdik.

Komanda.az xəbər verir ki, saxlananlardan biri – İmran Hacıbəyli bildirib ki, Azərbaycan yığması Slovakiya komandası ilə oyunda üç qol buraxdıqdan sonra azarkeşlər yerlərindən qalxaraq “İstefa!” şüarını səsləndirməyə başlayıblar. 4-cü qoldan sonra şüar daha ucadan səsləndirilib. Mülki geyimli şəxslər Hacıbəylini və daha 16 azarkeşi polis bölməsinə aparıblar. Orda onlara deyiblər ki, istefa tələbinin yığmanın baş məşqçisinə (xorvatiyalı mütəxəssis Nikola Yurçeviç) ünvanlanması barədə açıqlama yazsınlar. (Turan İnformasiya Agentliyi).

Əslində isə “İstefa!” şüarı AFFA rəhbərliyinə ünvanlanıb.

Saat 23.00-a yaxın saxlanılanların hamısı buraxılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button