Polis “Qəbələ”ni ziyana saldı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda 1-ci divizionun son turunda baş verən qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

1-ci divizionun 26-cı turunun “Şamaxı-2” – “İmişli” oyununda “İmişli”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “İmişli” klubu 80 manat cərimə edilib.

“Sumqayıt-2” – “Zaqatala” görüşünün oyunöncəsi iclasında “Zaqatala”nın nümayəndəsinin iştirak etmədiyinə görə “Zaqatala” klubu 80 manat cərimə edilib.

“Sumqayıt-2” – “Zaqatala” görüşündə “Sumqayıt-2” komandasının qapıçısı Ayxan Qocayev rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Sumqayıt-2” komandası 20 manat cərimə edilib.

“Qəbələ-2” – “Qaradağ Lökbatan” görüşünün oyunöncəsi iclasında polis nümayəndəsi iştirak etmədiyinə görə “Qəbələ-2” komandası 40 manat cərimə edilib.

“Qəbələ-2” – “Qaradağ Lökbatan” görüşündə “Qəbələ-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Qəbələ-2” komandası 80 manat cərimə edilib.

“Qəbələ-2” – “Qaradağ Lökbatan” görüşündə “Qaradağ Lökbatan” klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilib.

“Zirə-2” – “Neftçi-2” görüşündə “Neftçi-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Neftçi-2” 80 manat cərimə olunub.

“Araz Naxçıvan” – “Mingəçevir” görüşündə PFL əsasnaməsinin 9-cu bəndi pozulduğuna görə “Araz Naxçıvan” klubu 80 manat cərimə edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button