Polis “Neftçi”nin azarkeşlərini stadiondan çıxardı

Azərbaycan Premyer Liqasının 27-ci turunda “Zirə” doğma meydanda “Neftçi” ilə qarşılaşıb.

Komanda.az xəbər verir ki, Zirə İdman Kompleksində keçirilən matçın ilk hissəsində qonaq komandanın azarkeşləri tribunadan uzaqlaşdırılıb.

Buna onların klub prezidenti Kamran Quliyev və komandanın baş məşqçisi Samir Abasovu istefaya səsləmələri səbəb olub.

Polislər onlara xəbərdarlıq etsə də, hadisə ikinci dəfə təkrarlandığı üçün “Forza Neftçi” üzvləri tribunadan uzaqlaşdırılıb.

Sonra “Zirə” fanatlarının “Forza Neftçi” şüarları səsləndirərək, rəqib azarkeşlərə dəstəyi diqqət çəkib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button