Poçettinodan ukraynalı futbolçu ilə bağlı açıqlama

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino İngiltərə Premyer Liqasının 28-ci turunun “Nyukasl”la oyununda (3:2) yarımmüdafiəçi Mixail Mudrikin çıxışını şərh edib. O, həmçinin, ukraynalı futbolçunun start heyətində yer uğrunda mübarizəsindən danışıb.

Komanda.az “Chelsea News”-a istinadən xəbər verir ki, argentinalı məşqçi ehtiyat oyunçular skamiyasından oyuna daxil olan Mudrikdən mübarizə aparmağı gözlədyini bilidirib:

“Bu, həqiqətən yaxşı qol idi. O, həqiqətən də yaxşı qol vurdu və nəticəyə təsir etmək üçün ehtiyat oyunçular skamyasından çıxan oyunçudan bunu gözləyirik. Onun əsas istəyi oynaya biləcəyi mövqedə digər futbolçularla rəqabət aparmaq və sonra oynamaq hüququ qazanmaqdır. Bu, mənim üçün deyil, onun üçün daha çox vacibdir”.

Mudrik 2023-cü ilin yanvarında “Şaxtyor”dan “Çelsi”yə keçib. Onun transfer məbləği 70 milyon avro olub. Oyunçunun klubla müqaviləsi 2031-ci ilin yayına kimi nəzərdə tutulub. Mudrik bu mövsüm bütün turnirlərdə 29 matçda iştirak edib, 6 qol vurub və 3 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button