Poçettino 2 klubun hədəfindədir

“Çelsi”nin keçmiş baş məşqçisi Maurisio Poçettino Avropanın top-klublarının hədəfindədir.

Komanda.az “The Standard”-a istinadən xəbər verir ki, Tomas Tuxelə əvəzləyici axtaran “Bayern” argentinalı çalışdırıcını “sükan arxasına” dəvət edə bilər.

Bundan əlavə, “Mançester Yunayted” Poçettino ilə müqavilə bağlamaqda maraqlıdır. “Qırmızı şeytanlar”ın rəhbərliyi Erik ten Haqın işindən narazıdır və növbəti mövsüm üçün baş məşqçini dəyişə bilər. 

Poçettinonun rəhbərliyi altında “Çelsi” İngiltərə çempionatını 6-cı pillədə başa vurub. Argentinalı mütəxəssis 2023-cü ilin yayından komandaya rəhbərlik edirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button