“İlk dəqiqələrdən birlikdə çalışmalıyıq” – “Milan”ın baş məşqçisi

“Milan”ın baş məşqçisi Stefano Pioli Avropa Liqasının 1/16 final mərhələsinin “Renn”lə qarşıdakı cavab oyunundan gözləntilərini bölüşüb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, qələbə üçün komandanın birlik içində çalışmalı olduğunu söyləyib:

“Futbolçulara dedim ki, layiqli liderliyimiz var. Amma bunu başa vurmaq və “Renn” kimi yaxşı komandaya qarşı qələbə qazanmaq üçün ilk dəqiqələrdən birlikdə çalışmalıyıq”.

İlk görüş İtaliya klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab oyunu bu gün keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button