Pike ilə Şakira arasında növbəti narazılıq

“Barselona”nın keçmiş fubolçusu Jerar Pike övladlarının keçmiş həyat yoldaşı Şakira ilə ABŞ-nin Florida ştatının ikinci böyük şəhəri Mayamiyə köçməsindən razı deyil.

Komanda.az “La Vanguardia”-ya istinadən xəbər verir ki, aprelin 11-də keçmiş futbolçunun və məşhur müğənninin övladları Floridanın ən tanınan və təhsil haqqı 33-46 min dollar arasında olan “Miami Country Day” adlı məktəbində dərsə başlayacaqlar.

Hazırda İspaniyanın Barselona şəhərində yaşayan Şakiranin valideynləri Mayamiyə yollanacaqlar.

Öncədən müğənninin İspaniya millisinin sabiq futbolçusu ilə ayrıldıqdan sonra övladları ilə birlikdə ABŞ-a köçmək istədiyi haqda məlumat yayılmışdı.

Pike Şakiranın planını bilir və narazı olduğunu deyir.

Keçmiş futbolçunun övladlarının təhsil haqqının yarısını ödəyəcəyi vurğulanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button