Pike 6 oyunluq cəzalandırılıb

“Barselona”nın sabiq müdafiəçisi Jerar Pike barədə yekun qərar açıqlanıb.

Hazırda İspaniya Sequndasında çıxış edən “Andorra”nın rəhbərliyində təmsil olunan keçmiş futbolçu komandasının “Albasete” ilə matçında hakimə qarşı sərt davranışına görə 6 oyunluq diskvalifikasiya edilib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Pike qarşılaşma zamanı hakimə qarşı qalmaqallı ifadə işlədib:

“Başqa ölkədə sizi bıçaqlayardılar, amma burada biz sivil dövlətdə yaşayırıq”.

Bu sözlər təhdid kimi qiymətləndirilib və intizam komitəsi ispaniyalı keçmiş müdafiəçiyə ağır cəza verib. Bu, Pikenin ilk intizam problemi deyil.

“Andorra” klubunun məşqçilər heyətinin digər üzvləri də “Albasete” ilə oyunda baş verənlərə görə müxtəlif cəzalar alıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button