
“Messinin bu yaşında etdiyini yalnız özü edə bilər”
İspaniya millisinin və “Barselona”nın yarımmüdafiəçisi Pedri, keçmiş komanda yoldaşı, Argentina yığmasının hücumçusu Lionel Messiyə heyranlığını bir daha ifadə edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 39 yaşlı forvardın futbol zəkasını yüksək qiymətləndirib:
“Onunla oynamaq, məşq etmək şərəfinə nail oldum və ondan çox şey öyrəndim. İndi sadəcə, onun oyunundan zövq alıram. Onun bu yaşında etdiyini yalnız özü edə bilər.
Televizorda matça baxıb yalnız onu izlədikdə, boş yerləri necə tapdığını və topu haradan alacağını əvvəlcədən bildiyini görmək olur. Onun keyfiyyəti hamıdan yüksəkdir. O, oyunu hamıdan bir az əvvəl görür və qol vurmaq üçün harada olmalı olduğunu bilir”.
Pedri və Messi 2020–2021-ci illərdə “Barselona”da birlikdə çıxış ediblər.
Bizi Facebook-da izləyin



