
“Milan”ın sabiq hücumçusu klub alır
“Milan”ın sabiq hücumçusu Pato yaxın zamanda futbola qayıda bilər. Ancaq bu dönüş meydanda deyil, tamamilə fərqli statusda baş tutacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı keçmiş futbolçu İngiltərənin “Kolçester” klubunun nəzarət paketini almaq üçün danışıqlar aparır. Hazırda klub İngiltərə futbolunun dördüncü ən güclü liqası sayılan “League Two”-da çıxış edir.
“Kolçester” rəhbərliyi Pato ilə danışıqların getdiyini artıq rəsmi şəkildə təsdiqləyib. Üstəlik, Pato son dövrlərdə klubun oyunlarında tez-tez tribunada görünür. Komandanın baş məşqçisi Denni Koulinin rəhbərliyi altında “Kolçester” hazırda yüksəliş dövrünü yaşayır və “League One”-a vəsiqə uğrunda mübarizə aparır.
Belə tanınmış bir simanın klubun ətrafında görünməsi təkcə idman baxımından deyil, həm də media və marketinq sahəsində “Kolçester”ə ciddi təkan verə bilər. Pato faktoru komandanın iddialarını daha da gücləndirə biləcək əsas detallardan biri kimi qiymətləndirilir.
Bizi Facebook-da izləyin



