“Partizan” baş məşqçisini qovdu – Rəsmi

Serbiyanın “Partizan” klubu baş məşqçi Nenad Stoyakoviçin istefaya göndərildiyini elan edib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, “Srvena Zvezda”ya məğlubiyyətdən (0:3) sonra vəzifəsindən uzaqlaşdırılıb.

Komandada baş məşqçi vəzifəsinin icrası müvəqqəti olaraq Damir Çakara həvalə edilib.

 “Partizan” hazırda 24 turdan sonra 2-ci pillədə qərarlaşıb və lider “Srvena Zvezda”dan 4 xal geri qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button