Panuççi qovuldu

Futbol üzrə Albaniya millisinin baş məşqçisi Kristian Panuççi istefaya göndərilib. 

Komanda.az Albaniya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Panuççinin istefası Türkiyə millisinə məğlubiyyətdən sonra baş verib.

Yığmanı Andorra millisi ilə keçirəcəyi oyuna müvəqqəti olaraq məşqçilər Ervin Bulku ve Sulejman Mema çıxaracaqlar. 

Martın 22-də Albaniya yığması AÇ-2020-nin seçmə mərhələsinin 1-ci turunda Türkiyə millisinə 0:2 hesabı ilə məğlub olub. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button