Özü hələ gəlməyib, Maneni transfer etmək istəyir

“Çelsi”nin baş məşqçisi olmağa hazırlaşan Maurisio Poçettino “Bayern”in hücumçusu Sadio Manenin London klubuna keçməsinə çalışır.

Komanda.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.

Daha əvvəl “Çelsi”nin Poçettinonun təyinatını bu həftə açıqlayacağı bildirilirdi. Onun növbəti mövsümdən kluba qoşulacağı gözlənilir.

Mane ötən ilin yayından “Bayern”dədir. O, bu mövsüm bütün turnirlərdə 35 oyuna çıxıb, 12 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button