“Ordakı karyeram daha uzun müddət davam edə bilərdi, amma…” – Vertongen

Mövsümün sonunda “Tottenhem”dən ayrılan Yan Vertongen açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı futbolçu, London klubundan ayrılması və gələcək karyerası ilə bağlı bunları deyib:

“Tottenhem”də möhtəşəm vaxt keçirdim və bir çox dost qazandım. Ordakı karyeram daha uzun müddət davam edə bilərdi, amma artıq bu yolun bitməsinin vaxtı gəlmişdi. Komanda yoldaşlarım üçün darıxacam.

Düşünürəm ki, yaxın vaxtda yeni klubumla bağlı qərar verəcəm. Variantları düşünürəm və yaxşı bir seçim etməyə çalışıram. Transfer pəncərəsi bu il daha uzun müddət davam edəcək və ən yaxşı seçimə qərar vermək üçün vaxtım çox olacaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button