“Onunla oynamaq böyük zövqdür” – Lukaku

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində PSJ-yə 3:1 hesabı ilə qalib gələn “Mançester Yunayted”in futbolçusu Romelu Lukaku açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı futbolçu, Markus Reşfordla birlikdə oynamağın yaxşı nəticə verdiyini deyib:

“Matçdan əvvəl özümüzə güvənirdik. Reşfordla “Sauthempton”a qarşı matçda birlikdə oynamışdıq. Bu gecə yaxşı iş görəcəyimizi bilirdik. O, hər dəfə topa zərbə endirəndə, topu izləyirəm. Bu da işə yarayır. Onunla oynamaq böyük zövqdür. İkimiz də qol vura bildik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button