“Onun nə qədər yaxşı olduğunu “Liverpul”a keçəndə anladım”

“Liverpul”un sabiq müdafiəçisi Martin Şkrtel Roberto Firminonun İngiltərə klubundakı oyununu dəyərləndirib.

Komanda.az “Anfield Watch” nəşrinə istinadən xəbər verir ki, Şkrtel, braziliyalı hücumçunun yaxşı futbolçu olduğunu bildirib:

“Roberto “Liverpul”a keçməmişdən əvvəl onu ancaq Bundesliqa matçlarında, televizorda görmüşdüm. Onun nə qədər yaxşı olduğunu “Liverpul”a keçəndə və Premyer Liqaya uyğunlaşanda anladım. Baş məşqçi Jurgen Klopp Firminonun potensialını ortaya qoydu. O, Robertodan harda daha yaxşı istifadə edəcəyini bilirdi”.

Firmino yaxın günlərdə “Liverpul”un heyətində “Aston Villa”ya qarşı vida matçını keçirəcək.

O, 2015-ci ildən “Liverpul”da çıxış edir. 31 yaşlı braziliyalı bu mövsüm 23 oyuna çıxıb, 9 qol vurub, 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button