“Onun gələcəyi klubumuzla bağlıdır” – “Bayern” rəsmisi

“Bayern”in idman direktoru Hasan Salihamiciç komandanın üzvü Lukas Hernandes haqda açıqlama verib.

Komanda.az “Bild” nəşrinə istinadən xəbər verir ki, Salihamiciç futbolçunun agenti ilə danışıqların aparıldığını bildirib. Münhen təmsilçisi fransalı müdafiəçi ilə müqavilənin müddətini uzada bilər:

“Lukasın agentləri ilə danışıqlar çox yaxşı gedir. Hernandes “Bayern”ə məxsusdur. Onun gələcəyi klubumuzla bağlıdır. Buna heç bir şübhə yoxdur”.

Lukas Hernandes 2019-cu ilin iyulundan “Bayern”də çıxış edir. O, 2022/23 mövsümündə Münhen təmsilçisinin heyətində 11 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun klubla cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button