“Onların inkişafı məni xoşbəxt edir” – Pikford

“Everton”un qapıçısı Cordan Pikford “Arsenal”ın qolkiperi Aaron Remsdeyl haqda danışıb.

Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, o, həmkarının yaxşı mövsüm keçirdiyini bildirib:

“Remsdeyl hazırda “Arsenal”ın heyətində titul uğrunda mübarizə aparır. O, çox yaxşı mövsüm keçirir.

“Everton”un Premyer Liqada qalması vacibdir. Bütün diqqətimi oyunlara yönəltməliyəm.

İngiltərədə yaxşı qapıçılar var. Onların inkişafı məni xoşbəxt edir. Millinin baş məşqçisi Qaret Sautqeytin mənə güvəndiyini görmək çox xoşdur. Həqiqətən, son üç ildə yaxşı formadayam”.

Mersisayd təmsilçisi hazırda İngiltərə çempionatının turnir cədvəlində 26 xalla 15-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button