Ölkə prezidenti Sonqu milliyə baş məşqçi təyin etdi

2022-ci il dünya çempionatına vəsiqə uğrunda pley-off oyunları öncəsi Kamerun millisinin baş məşqçisi dəyişib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, Kamerun prezidenti Pol Biya məşhur keçmiş futbolçu Riqober Sonqu milli komandanın baş məşqçisi təyin edib.

Bundan əvvəl “şirlər”ə Toni Konseysao rəhbərlik edirdi. Sonq isə Kamerunun olimpiya millisinin baş məşqçisi idi.

Kamerun millisi martın 25 və 29-da Əlcəzairlə oynayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button