“Olise kimi futbolçu üçün heç bir qiymət yoxdur” – “Bayern” rəsmisi

“Bayern”in İdarə Heyətinin üzvü Karl-Haynts Rummenigge, komandanın vingeri Mikael Olisenin 200 milyon avroya satılıb-satılmayacağı ilə bağlı sualı cavablandırıb.

Rummenigge bildirib ki, klubun əsas oyunçularını satmamaqla bağlı uzun illərdir dəyişməyən bir prinsip var. O, bu mövzuda 2009-cu ildə “Çelsi”nin Frank Riberi üçün etdiyi böyük təklifi xatırladıb. Onun sözlərinə görə, həmin dövrdə baş verən müzakirələrdən sonra “Bayern” daxilində yazılmamış bir qayda qəbul olunub: əsas futbolçular satılmır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Rummenigge bu qaydanın bu gün də qüvvədə olduğunu deyib:

“Bu qayda bu gün də qüvvədədir. Olise kimi bir futbolçu üçün bizi fikrimizdən daşındıra biləcək heç bir qiymət yoxdur”.

Olise cari mövsümdə “Bayern”in heyətində 46 oyuna çıxıb, 19 qol vurub və 29 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button