
Sabiq futbolçu Olise haqda: Sakit, yaradıcı və sirli
Fransa millisinin sabiq üzvü və dünya çempionu olan Biksant Lizarazyu, “Bayern”in vingeri Maykl Olise haqqında danışıb.
Komanda.az “Goal”-a istinadən xəbər verir ki, o, fransalı oyunçunu “qızıl top”a real namizədlərdən biri kimi qiymətləndirib:
“Xüsusilə, onun böyük matçlardakı çıxışını vurğulamaq istərdim. Onun səviyyəsi inanılmazdır və bunu “Real”, PSJ kimi komandalara qarşü böyük oyunlarda göstərir. Amma ən yaxşı olmaq üçün böyük titullar qazanmaq lazımdır. Fransa millisində də necə çıxış edəcəyi vacibdir”.
Lizarazyu, həmçinin, Olisenin texnikası və yaradıcılığını yüksək qiymətləndirib, onu “sakit, amma çox yaradıcı və sirli oyunçu” kimi təsvir edib.
“Bayern” mayın 6-da UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab matçında PSJ-ni qəbul edəcək. Parisdə keçirilən ilk oyunda PSJ qalib gəlib – 5:4.
Bizi Facebook-da izləyin



