“Olimpiakos”un baş məşqçisi Bakıya gələcək

Yunanıstanın “Olimpiakos” komandasının baş məşqçisi Pedro Martins Bakıya gələcək.

Komanda.az xəbər verir ki, portuqaliyalı mütəxəssis “Neftçi” və Gürcüstanın “Dinamo” (Tiflis) klubları arasında UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununu izləmək üçün Azərbaycan paytaxtına təşrif buyuracaq.

Bu cütün qalibi ÇL-in 2-ci təsnifat mərhələsində məhz “Olimpiakos”la qarşılaşacaq.

Qeyd edək ki, Tiflisdəki ilk görüşdə “Neftçi” 2:1 hesablı qələbə qazanıb. Martins həmin görüşü də tribunadan canlı izləyib. Cavab oyunu iyulun 14-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button