“Olimpiakos”a güc qatmaq üçün burdayam” – Marselo

“Komandaya güc qatmaq və fədakarlıqla kömək etmək üçün burdayam”.

Komanda.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan “Olimpiakos”unun yeni transferi Marselo təqdimat mərasimində deyib.

34 yaşlı braziliyalı oyunçu Prey təmsilçisinə keçdiyi üçün xoşbəxt olduğunu söyləyib.

Marselo “Olimpiakos”la 1+1 illik müqavilə imzalayıb. Onun təqdimat mərasimini 25 000 azarkeş tribunadan izləyib.

“Qarabağ” “Olimpiakos”a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək. G qrupunda həmçinin Almaniyanın “Frayburq” və Fransanın “Nant” komandaları da yer alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button