“Olimpiakos” – “Qarabağ” matçında anşlaq olacaq

Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində keçiriləcək “Olimpiakos” – “Qarabağ” oyununda anşlaq olacaq.

Komanda.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.

Xəbərdə bildirilir ki, qarşılaşma üçün satışa çıxarılan biletlərin böyük hissəsi satılıb. Hazırda cəmi 4000 biletin qaldığı bildirilir. UEFA-nın məlum cəzası ilə əlaqədar, tribunaların bir qismi də boş qalacaq.

Oktyabrın 6-da “Georgios Karaiskakis” stadionunda keçiriləcək “Olimpiakos” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. Sözügedən arena 32 min azarkeş tutumuna malikdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button