“Məqsədimiz qrupdan çıxmaqdır” – “Qalatasaray”ın baş məşqçisi

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Mançester Yunayted” üzərində qazanılan qələbəni (3:2) şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, oyunun çox yaxşı keçdiyini deyib:

“Çox yaxşı matç oldu. Məqsədimiz qrupdan çıxmaqdır. Biz burada uzun illər yadda qalacaq mühüm qələbə qazandıq”.

“Mançester Yunayted” ardıcıl ikinci matçında məğlub olaraq A qrupunda sonuncudur. “Qalatasaray” 4 xalla ikinci pilləyə yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button