Oblak “Atletiko”da qalacaq? – Açıqlama

“Atletiko”nun qolkiperi Yan Oblak İspaniya mətbuatına açıqlama verib.

Komanda.az xəbər verir ki, “Marca” nəşrinə danışan sloveniyalı qapıçı, Madrid təmsilçisiylə yeni müqavilə imzalamaq istədiyini deyib:

“2021-ci ilə qədər müqaviləm var. Gələcəkdə nə olacaq, bilmirəm. İndidən danışmaq istəmirəm. Sakit qalıb, bütün diqqətimi oyunlara verirəm. Ümid edirəm ki, menecerim “Atletiko”yla hər şeyi müzakirə edəcək.

“Atletiko” yeni müqavilə təklif etsə, bundan xoşbəxt olaram. Bu klubda hər şeydən çox razıyam. Yeni sözləşmə təklifi gələrsə, məmnunluqla razılaşaram”.

2014-cü ildən “Atletiko”nun şərəfini qoruyan Oblakın Madrid təmsilçisiylə müqaviləsinin müddəti 2021-ci ilin yayında bitir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button