“O, yenə öz səviyyəsini göstərdi” – Klopp

İngiltərə Premyer Liqasının 3-cü turu çərçivəsində öz meydanında “Arsenal”a 3:1 hesabı ilə qalib gələn “Liverpul”un baş məşqçisi Yurgen Klopp matçdan sonra açıqlama verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, alman mütəxəssis, qələbəyə layiq olduqlarını bildirib:

“Matçın əvvəlində “Arsenal”ın oyun sistemi bizi təəccübləndirdi, amma dəqiqələr keçdikcə, öz sistemimizdə dəyişiklik etdik və qələbə qazanmağı bacardıq. Qol buraxmamağı çox istəyərdim, amma edəcək bir şey yoxdur. “Arsenal” səviyyəli bir komandadır. Bundan başqa, onlara qol epizodu yaratmaq imkanı vermədik. İstədiklərimizi meydanda göstərdik. Qələbə qazanmağa layiq idik.

Qazandığımız penalti də çox düzgün idi. Məhəmməd Salahın 3-cü qolu  möhtəşəm alındı. O, yenə öz səviyyəsini göstərdi”.

52 yaşlı mütəxəssis, “Arsenal”ın daha çox topa sahib olması ilə bağlı da danışıb:

“80 dəqiqə ərzində oyuna nəzarət bizdə idi. Bəlkə də, son 10 dəqiqədə “Arsenal” kəsərli oyun göstərib. Biz “Disneyland” deyilik, hamını hər saniyə həyəcanlandırmaq məcburiyyətində deyilik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button