“Verner qərarını tez verməlidir” – “Leyptsiq”in baş məşqçisi

“Leyptsiq”in baş məşqçisi Marko Rouz hücumçu Timo Vernerin komandadan mümkün gedişi barədə danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, alman mütəxəssis oyun prinsipinin ən vacib şey olduğunu bildirib:

“Oyunun prinsipi ən vacib şeydir. Hər bir futbolçu oyun vaxtı üçün rəqabəti qəbul etməlidir. Verner bunu qəbul edib-etmədiyinə tez qərar verməlidir”.

Verner bu mövsüm “Leyptsiq”də əsas oyunçu deyil. 27 yaşlı hücumçunun Bundesliqada 8 matçda iki qolu var. Onun Almaniya klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button