“O, liderdir, kapitandır, bizə yol göstərir”

“Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqa komandanın hücumçusu Kərim Benzema haqda fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Kamavinqa, Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ ilə cavab oyununda (3:1) het-trik edən fransalı futbolçunun ünvanına tərif yağdırıb:

“O, liderdir, kapitandır, bizə yol göstərir. Benzema PSJ ilə matçda bunu sübut etdi. O, üç qol vuraraq bizi xilas etdi. Şadam ki, Kərimin sayəsində üç qol vurduq. Bəziləri bizim işimizin bitdiyinə inanırdı. Amma həmişə qələbəyə inanmalısız və biz çox xoşbəxtik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button