O da Səudiyyə Ərəbistanına gedir

“Lans”ın yarımmüdafiəçisi Seko Fofana karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Komanda.az “Foot Mercato”-ya istinadən xəbər verir ki, “Əl-Nəsr” 28 yaşlı futbolçu ilə razılıq əldə edib. Onun keçidi Riyad təmsilçisi üçün sərbəstqalma məbləği də daxil olmaqla, 30 milyon avrodan az qiymətə başa gələcək.

Fofana 2022/23 mövsümündə Fransa klubunun heyətində bütün turnirlər daxil olmaqla 39 oyuna çıxıb, 9 qol vurub və 6 məhsuldar ötürmə edib.

2023/24 mövsümündən etibarən Kərim Benzema, Nqolo Kante, Ruben Neves, Eduard Mendi kimi futbolçular karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Kriştiano Ronaldo isə 2022/23 mövsümündən “Əl-Nəsr”də forma geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button