“O, 2-3 il idi ki, transfer siyahımda idi” – Klopp

İngiltərə Premyer Liqasının 3-cü turu çərçivəsində öz meydanında “Arsenal”a 3:1 hesabı ilə qalib gələn “Liverpul”un baş məşqçisi Yurgen Klopp açıqlama verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qələbəni şərh edən alman mütəxəssis, “qırmızılar”ın heyətində keçirdiyi ilk oyunda qolla yadda qalan Dieqo Jota barədə də danışıb:

“Çox yaxşı oyun oldu, matçın hər saniyəsini çox sevdim. Yaxşı formada olan komandaya qarşı əla oyun göstərdik. Yaxşı müdafiə olunduq, hər bir futbolçumuz çox yaxşı performans sərgilədi. Bu gecə göstərdiyimiz oyuna görə xoşbəxtəm. Oyunumuzu daha da yaxşılaşdırmalıyıq. İndiyədək yaxşı oynadıq, bunu davam etdirməliyik.

Jota “Enfild Roud”dakı ilk oyununda əla qola imza atdı. Bunu əsla unutmayacağıq. O, 2-3 il idi ki, transfer siyahımda idi”.